Kerri: “Şimali Koreyanı nüvə dövləti kimi tanımayacağıq”

Kerri: “Şimali Koreyanı nüvə dövləti kimi tanımayacağıq”
01:54 7 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Con Kerri Şimalı Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini beynəlxalq təhlükəsizliyə təhdid olan təxribat adlandırıb. 

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, C.Kerri qeyd edib ki, rəsmi Pxenyanın hərəkətləri BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.

 

“Biz Şimali Koreyanı nüvə dövləti kimi tanımamışıq və bundan sonra da tanımayacağıq. Rəsmi Pxenyanın son hərəkətləri isə niyyətimizi daha da möhkəmləndirir”, deyə dövlət katibi bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama regionda son hadisələrlə əlaqədar Yaponiya və Cənubi Koreya liderləri ilə danışıqlar aparacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR