2016-cı il üçün dolların faiz proqnozu

2016-cı il üçün dolların faiz proqnozu
03:36 7 Yanvar 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2016-cı ildə kredit faizlərində 4 dəfə artım ola bilər. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Federal Ehtiyyatlar Sisitemi (Mərkəzi Bank) sədrinin müavini Stenli Fişer açıqlamasında bildirib. Yerli “CNBC” kanalına mçüsahibə verən Fişer, çoxalmaqda olan qlobal qeyri-müəyyənliyə baxmayaraq il ərzində 4 dəfə faiz artımı həyata keçirə biləcəklərini qeyd edib.

ABŞ Mərkəzi Bankının ikinci şəxsi hesab olunan Fişer, bununla yanaşı faizlərin il ərzində neçə dəfə artırılacağının dəqiq bilinməsinin mümkün olmayacağını da vurğulayıb. “Faizlərdə neçə dəfə artım olacağını demək üçün kifayət qədər məlumata sahib deyilik. Federal Ehtiyyatlar Sistemi öz siyasətini baş verəcək hadisələrə görə müəyyən edəcək. Birjaların tələblərini də izləyirik. Amma ona görə hərəkət edə bilmərik.”

2016-cı il üçün faizlərin sadəcə 2 dəfə artacağı barədə proqnozların çox az olduğunu deyən Fişer beynəlxalq qeyri-müəyyənliyin çoxalmasının faizlərin artım sayına da təsir edəcəyini açıqlayıb.

Ötən ilin son ayında Amerika Birləşmiş Ştatları mərkəzi bankı kredit faizlərini 0.25 faiz artırmışdı. Bu, 2006-cı ildən sonra faizlərdə ilk artım idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR