Alman qəzeti həmyerlimizin fəaliyyətindən bəhs edib

03:43 7 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 7 yanvar, AZƏRTAC
Almaniyanın “Eschweiler Nachrichten” qəzetində dərc olunana “Liberal qadınlar səslərinin eşidilməsini istəyirlər” başlıqlı məqalədə bu ölkənin “Şimali Reyn-Vestfaliya Federal Torpağının Liberal Qadınlar Birliyi”nin illik yığıncağından bəhs edilib.
Məqalədə Birliyin il ərzində gördüyü işlər və təşkilatın məşğul olduğu məsələlərin müzakirəsi barədə məlumat verilir. “Liberal Qadınlar”ın cəmiyyətdə kişi-qadın bərabərliyinin təmin edilməsi məsələsi ilə ciddi məşğul olduğu, qaçqınlar, maaş bərabərliyi, ailə və peşə, terrorizmə qarşı mübarizə məsələlərinə töhfə vermək istədiyi bildirilir.
Yazıda, həmçinin qeyd olunur ki, tədbirdə iştirak edən həmyerlimiz Samirə Patser-İsmayılova “Qadınların İslam və Qərb dünyasının münasibətləri kontekstində transformasiyası” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, qloballaşan və dəyişən dünya bizim gündəlik həyatımıza təsir göstərir. İslam dünyasında qadın mövzusu da bu mənada müzakirə edilən məsələlərdəndir. Samirə Patser-İsmayılova Azərbaycanda qadınların dünyəviliyinin təşviq olunduğunu söyləyib. Azərbaycanda qadınların hüquq bərabərliyi istiqamətində aparılan siyasətdən danışan Samirə Patser-İsmayılova ölkəmizdə qadınların seçki hüququnun hələ ABŞ və Niderlanddan əvvəl tətbiq olunduğunu vurğulayıb. Qərbdəki müsəlman qaçqınlar mövzusuna toxuna S.İsmayılova qaçqın qadınların azadlıqlarının müdafiə olunmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Almaniyada yaşayan həmyerlimiz Samirə Patser-İsmayılova Avropa Azərbaycanlıları Konqresinin rəhbəridir və uzun illər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alman_qezeti_hemyerlimizin_fealiyyetinden_behs_edib-916562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR