Türkiyədə dəhşətli qəza: 4 ölü, 6 yaralı

Türkiyədə dəhşətli qəza: 4 ölü, 6 yaralı
04:44 7 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa əyalətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Manisa- Akhisar yolunda qeydə alınıb.

 

Akhisar rayonu istiqamətinə gedən minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.

 

Qəza nəticəsində  bir azyaşlı olmaqla  4 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR