Türkiyədən Şimali Koreyaya hidrogen bombası xəbərdarlığı

Türkiyədən Şimali Koreyaya hidrogen bombası xəbərdarlığı
05:21 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Ankara Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini kəskin pisləyib. ANS PRESS-in məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi Koreya Demokratik Xalq Respublikasının hidrogen bombasını sınaqdan keçirməsinin Türkiyənin beyunəlxalq sülh və təhlükəsizliyi üçün təhlükə olduğunu açıqlayaraq bunu pisləyib.

“Joreya Demokratik Xalq respublikası 2016-cı il yanvarın 6-da bir hidrogen bombasını sınaqdan keçirdiyi açıqlayıb. Bu, 2006-cı ildən bəri Şimali Koreyanın həyata keçirdiyi 4-cü nüvə sınağıdır. Türkiyə, regionda sülh və stabillik üçün ciddi təhlükə yaradan, BMT Təhlükəsizlik Şurasının 1718, 1874, 2087 və 2094 saylı qətnamələrini açıqca pozan bu hadisə səbəbindən qayğılanmaqdadır. Kütləvi qırğın silahları və onların istifadəsi üçün lazımlı aqreqatların yayılmasının qarşısının alınması cəhdlərini fəal formada dəstəkləyən Türkiyə bu sınağın beynəlxalq sülh və təhlükəsizliyə istiqamətlənmiş təhdid kimi görməkdə və kəskin şəkildə pisləməkdədir. Şimali Koreyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə dəvət edirik.” – deyə Türkiyə XİN-in bəyanatında qeyd edilib.

Dünən Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. Bəyanatı həmçininCənubi Koreya telekanalları da yayımlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR