Bakı. 7 yanvar. REPORT.AZ/ Çinin Şençjen və Şanxay fond birjalarında əsas indekslərin yarım saat ərzində kəskin olaraq 7 faizdən çox düşməsindən sonra hərraclar günün sonunadək dayandırılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, dörd gün əvvəl tətbiq olunan hərracların avtomatik dayandırılması mexanizmi 7%-dən çox enmədən sonra 4-cü dəfə işə düşüb.
Məlumata görə, "CSI300" indeksi 7,2% faiz azalaraq 3284,74 bəndədək, "Shanghai Composite" indeksi isə 7,3%, itirərək 3115,89 bəndə qədər enib.
Enmə Çin Mərkəzi Bankının 2011-ci ilin aprelindən bu yana yuanın məzənnəsini minimum səviyyəyədək endirmək qərarı ilə bağlıdır.