"İŞİD saqqalını qırxaraq mülki əhalinin arasına qarışır"

"İŞİD saqqalını qırxaraq mülki əhalinin arasına qarışır"
08:01 7 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

“Biz ələ keçirilən torpaqları İŞİD terrorçularından xilas etdikcə, İŞİD silahlıları saqqallarını qırxaraq mülki əhalinin arasına qarışırlar”. ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Polkovniki Stiv Uorren deyib.

ABŞ rəhbərliyindəki İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Stiv Uorren Suriya və İraqda təxminən 30 min İŞİD terror dəstənin olduğunu bildirib.

Stiv Uorren İŞİD-in İraqda və Suriyada öz nəzarətində saxladığı torpaqların böyük hissəsini; İraqda 40%-ni Suriyada isə 20%-ni itirdiyini vurğulayıb. ABŞ polkovniki Suriya və İraqdakı İŞİD-in nəzarətindəki ərazilərin 60-70%-ni itirdiyini qeyd edib.

Torpaq itkilərinin İŞİD terrorçuları arasında çaxnaşma yaratdığını deyən Stiv Uorren, "Biz İŞİD nəzarətində olan torpaqları ələ geçirdikcə, silahlılar saqqallarını qırxaraq mülki əhalinin arasına qarışmağa çalışdığına dair xəbərlər gəlir" deyib.


ABŞ rəhbərliyindəki İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Stiv Uorren

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR