İngiltərə Futbol Assosasiyasının prezidenti Qreq Dayk milli komandanın Avropa çempionatında qrup mərhələsini keçməsini mütləq hesab edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dayk bunları deyib:
"İngiltərə bu qrupdan mütləq çıxmalıdır. Qrupdan çıxmasaq, özümüzü güllələyəcəyik. Bunu etmək uğur deyil. Amma qrup mərhələsini keçməsək, ingilis futbolu üçün pis xəbər olacaq. Qarşıdakı günlərdə bu vəzifədə qalıb-qalmamağım dəqiqləşəcək. Bu, yalnız 1 il olacaq. Lakin islahat proqramı həyata keçirmək istəyirik".
Milli.Az