Suriyada hava zərbələri nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb

Suriyada hava zərbələri nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb
08:12 7 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

Suriya ordusuna məxsus hərbi təyyarələrin paytaxt Dəməşq yaxınlığında yerləşən Şərqi Quta bölgəsinə hava zərbələri endirib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
 
Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir. Məlumata əsasən, yaralananlar "təcili yardım" maşınları və fərdi avtomobillərlə səhra xəstəxanalarına çatdırılıblar. Hava hücumu nəticəsində əraziyə ciddi ziyan dəyib, bir çox binalar dağılıb, nəqliyyat vasitələri yararsız hala düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR