“Meqa Sığorta” yeni ödəniş xidmətini istifadəyə verib

08:28 7 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“Meqa Sığorta” ASC sığorta haqlarının ödənilməsi üçün yeni ödəniş xidmətini istifadəyə verib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, bundan sonra “Meqa Sığorta” müştəriləri Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində yerləşən "eManat" ödəniş terminallarına yaxınlaşaraq sığorta haqlarını həyata keçirə bilərlər. Sayı 2100-dən artıq olan "eManat" ödəniş terminalları əsasən, market və supermarketlərdə, metro və keçidlərdə, qaz və su idarələrində, müxtəlif ticarət və biznes mərkəzlərində, təhsil və səhiyyə ocaqlarında yerləşdirilib.
Qeyd edək ki, "Meqa Sığorta" ASC, həmçinin Azərbaycan sığorta bazarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsini ödəniş terminalı vasitəsilə alınmasını təklif edən ilk və yeganə şirkətdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR