Yuan dollara məğlub oldu

Yuan dollara məğlub oldu
09:06 7 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Çinin qiymətli kağız bazarları yeni ticarət sessiyasına başlayar-başlamaz növbəti dəfə “uçurumla” üzləşib. ANS PRESS-in məlumatına görə, səhmlərin qiyməti 7 faizdən çox ucuzlaşdığından, bazar nizamlayıcısı ticarət sessiyasını yarımçıq dayandırıb. Bu artıq Çin birjasında bir həftə ərzində baş vermiş ikinci belə hadisədir. "CSİ 300" indeksi ticarət sessiyasının ilk saatlarında 7.2 faiz geriləyərək 3,284.74 vahidə düşüb. "Şanxay Kompozit" indeksi isə 7.3 faiz ucuzlaşaraq, 3.115.89 vahidə enib. Texnologiya və sənaye sektoruna aid "Şenjen Kompozit" indeksi isə nə az nə çox 8.3 faiz geriləyib.

Səhm bazarını kəskin ucuzlaşmadan qorumaq məqsədilə ilk dəfə olaraq “Keçirici açar” adlı mexanizm bazar ertəsi təqdim olunub və ticarət sessiyası yarımçıq dayandırılıb. Çində yuanın artıq ardıcıl 8 gün ərzində dəyərini itirməsi, investorların əsəblərini tarıma çəkib.

Bu çərçivədə Çinin Xalq Bankı yuanın ABŞ dollarına nisbətdə kursunu 0,51% aşağı salıb. Bununla da 1 dolların kursu 6, 5646 yuan təşkil edib. Qeyd edək ki, bu 2011-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR