Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) report.az-a verilən məlumata görə, hazırda Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Ziya Bünyadov prospekti, Koroğu Rəhimov küçəsi (Prezident İqamətgahı istiqamətində), habelə Neftçilər prospektində və Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsünün yanı) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.