Report.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,04% ucuzlaşaraq 6 073,38 bənd, Fransa CAC-40-ı 1,26% azalaraq 4 480,47 bənd, Almaniya DAX-ı isə 0,93% geriləyərək 10 214,02 bənd olub.
Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 20,38 ABŞ dolları və ya 1,90% bahalaşaraq 1 099,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0824 (+0,72%) təşkil edib.