Bakının rayonlarında su təchizatı dayandırılmayacaq

09:38 7 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakının rayonlarında su təchizatı dayandırılmayacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınıb.

Bununla əlaqədar yanvarın 7-də Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərin içməli su təchizatı dayandırılmayacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR