Siyəzəndə minik avtomobili aşdı

Siyəzəndə minik avtomobili aşdı
09:59 7 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən bildirir ki, magistralın 97-ci km-də, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində 44 BN 291 dövlət nömrə-nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, Şabran rayon sakini, 1958-ci il təvəllüdlü Baxşıyeva Əzizə Hüseyn qızı yüngül xəsarətlər alıb. O, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Qəzanın hava şəraitinə uyğun sürət həddinin seçilməməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR