Azərbaycanlı modelin boşandığı türk əri yenə evlənir (FOTO)

Azərbaycanlı modelin boşandığı türk əri yenə evlənir (FOTO)
09:56 7 Yanvar 2016
94 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı modelin keçmiş əri evlənir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türkiyədə yaşayıb, işləyən Günay Musayevanın tanınmış aktyor olan keçmiş əri yenidən evlilik yolundadır.

Bir müddətdir ki, Amerikada yaşayan aktyor ötən gün İstanbulun tanınmış səmti olan Nişantaşında görüntülənib. O, iş görüşməsi üçün İstanbula qayıtdığını deyib.

Tolqa Karel amerikalı sevgilisi ilə nişanlanıb. Karel amerikalı qızla 6 aydır birlikdə olduğunu və artıq ona evlilik təklifi etdiyini deyib. Təklifini o Yeni il gecəsində səsləndirib. Aktyor toyunun may ayında olacağını deyib. "Toyu Dominikanda edəcəyik. Bu yerin "Survivor"dan sonra məndə ayrı var".

Aktyor hələ tələbə olan amerikalı sevgilisinə 20 min dollarlıq üzük alıb.




Ötən ilin sentyabr ayında azərbaycanlı həyat yoldaşı Günay Musayevadan anlaşmalı olaraq boşanan Tolqa Karel oğlu Cahangiri görmək istəmədiyi barədə yayılan şayiələri də cavablandırıb. "Oğlum mənim canımdır. Sevgilimə də demişəm bunu. O da mənimlə razılaşıb və deyib ki, istəsə əgər Cahangir Can Amerikada bizimlə də yaşaya bilər. Türkiyəyə gələndə oğlumu görürəm. Belə şayiələr məni kədərləndirir".


Aktyor keçmiş həyat yoldaşı Günay Musayeva və oğlu ilə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR