Azərbaycan dünya çempionatı üçün namizədliyini verdi

Azərbaycan dünya çempionatı üçün namizədliyini verdi
10:27 7 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdo üzrə dünya çempionatını keçirməyə namizədliyini irəli sürüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "tvitter" sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb.

O bildirib ki, 2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdır: "Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət ediblər. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil".

Qeyd edək ki, dünya çempionatı Bakıya verilərsə, Azərbaycan tarixində ilk olacaq. Çünki paytaxtımız indiyədək boks, güləş, gimnastika və bir neçə növ üzrə mundiala ev sahibliyi etsə də, cüdoda belə hal yaşanmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR