Dəhşətli qətlin təfərrüatı: bu da "Qızıl Məryəm"ə 43 bıçaq vuranlar - VİDEO

Dəhşətli qətlin təfərrüatı: bu da "Qızıl Məryəm"ə 43 bıçaq vuranlar - VİDEO
10:32 7 Yanvar 2016
3710 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətlə yetirən şəxslər tutulublar.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.
 
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.  

 
Məryəm Namədzənin qətlində günahlandırılan qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
 
Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR