Millimizin baş məşqçisi: "Çətin oyun oldu"

Millimizin baş məşqçisi: "Çətin oyun oldu"
10:37 7 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ikinci turu çərçivəsində Bolqarıstana qarşı keçirilən oyundan sonra matç barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Həsənov qarşılaşmanı belə dəyərləndirib:
"Çətin oyun oldu. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq. Bu gün komandam istəkli idi. Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, rəqib mərkəzdə yaxşı çıxış edir. Onların zəif cəhətlərindən yararlanmağa çalışırdıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun göstərdi ki, ilk qarşılaşmadakı gərginliyi üzərimizdən atmışıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR