Türk-erməni uzlaşması niyə bu qədər çətindir?

Türk-erməni uzlaşması niyə bu qədər çətindir?
16:29 30 Dekabr 2014
86 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün göstərilən cəhdlərin müvəffəqiyyətsizliklə nəticələnməsinin əsas səbəbini bir neçə kəlmə ilə asanca izah edə bilərik. Ermənistana və erməni diasporuna rəhbərlərik edənlərin fəaliyyətinin əsasını təşkil edən aqressiv ideologiya hər zaman bu münasibətlərin normallaşmasına  mane olub.

 

Türkiyə-Ermənistan ixtilafına son vermək üçün, səmimi və ya qeyri-səmimi olmasından asılı olmayaraq, rəsmi və qeyri-rəsmi səviyyədə, mütəmadi qaydada  bəzi cəhdlər edilir. Bütün bu cəhdlər, adətən, müvəffəqiyyətsizliklə nəticələnir və artıq bunun səbəbini anlamağın zamanı gəlmişdir. Bu müvəffəqiyyətsizliyin əsas səbəbini bu sözlərlə ifadə edə bilərik: Ermənistanı idarə edənlərin və özlərini diasporanın rəhbərləri elan edənlərin təcavüzkar ideologiyası.

 

Əslində Ermənistan rəhbərliyində təmsil olunan partiya öz ideoloji mənsubiyyətini heç bir zaman gizlətməyib. Birmənalı şəkildə deyə bilərik ki, iqtidar partiyası öz ideologiyasını erməni millətçisi və terrorçusu Karegin  Nejdehin (Ter –Harutunyan) yazılarının və fəaliyyətinin əsas prinsipləri üzərində qurub. 1918-1920–ci illərdə Ermənistandakı Azərbaycan türklərini  yox etmək üçün bütün yollara əl atan Nejdeh,  öz bədxah niyyətini belə əsaslandırmışdır - "Bu gün almanlar və italyanlar irqi kimliyə əsaslanan varlıqlarını qoruya bilən millət olduqları üçün güclüdürlər". (Hairenik Həftəlik, 10 Aprel 1936.)   1933-cü ildə, Amerikada fəaliyyət göstərən Erməni İnqilabçı Federasiyası (EDF) gənclər təşkilatını qurmağı Nejdehin qarşısına vəzifə olaraq qoymuşdu. Nejdeh formalaşdırdığı gənclər təşkilatı üçün "irqin dini" mənasını verən "Tzeghagron" adını seçmişdi. Daşnaklardan ibarət olan və erməni şovinizminin əsas mərkəzlərindən biri kimi tanınan EDF-nın 19 Avqust 1936- cı ildən başlayaraq Bostonda gündəlik nəşr edilən "Hairenik" adlı  qəzetində Hitlərə və onun ideologiyasına olan açıq-aşkar rəğbət ifadə edilmiş, hətta yəhudilərin yer üzərindən silinməsi fikri alqışlanmışdır.

 

Nejdeh İkinci dünya müharibəsinin əvvəlində faşistlərin sıralarına qoşulmaq üçün Almaniyaya getmişdir. O, Hitler tərəfindən işğal edilən  şərq bölgələrinin  naziri Alfred Rosenbergin sərəncamı ilə 1942-ci il dekabr ayında qurulan Erməni Milli Şurasına üzv olmuşdur. Şuranın Wermacht (2) və Waffen-SS adında hərbi qanadlarında 30.000 erməni hərbi əməliyyatlar üçün təlim keçib, hazırlıq görürmüş. Sonralar sovetlər tərəfindən həbs olunan Nejdeh həbsxanada ölmüşdür.  Onun yazıları və fikirləri Ermənistanı idarə edənlər tərəfindən  hər zaman  dövlət idarəçiliyinin əsas ilham qaynağı olaraq istifadə olunmuşdur. Hazırda Ermənistanda Nejdehın adını daşıyan bir metro stansiyası və bir meydan mövcuddur.

 

Nejdehin Amerikada əsasını qoyduğu faşist ideologiyalı  “Tzeghagron” təşkilatı isə 1933-cü ildə  adını dəyişərək “Erməni Gənclik Federasiyası” olmuşdur. Təşkilatın rəsmi internet saytı, eyni zamanda Kanada və Avstraliya şöbələri Nejdehin ideologiyasına olan bağlılıqlarını qürurla etiraf edirlər.

 

Bunu da qeyd etməliyəm ki, hazırda Ermənistanda  yalnız faşistlər qəhrəman olaraq anılmır, onlar terrorçuları  da qəhrəmanlaşdırırlar. 8 insanın ölümü ilə nəticələnən Orly basqınının müəllifi  Waroujan Garbidjian 2001-ci ildə deportasiya edilərək Ermənistana göndərildikdən sonra Ermənistanın baş naziri şəxsən onu İrəvanın hava limanında təmtəraqla qarşılamışdı. Bundan çox əvvəllər, yəni 1970-1980-ci illərin məşhur terrorçusu Monte Melkonyan isə  ölümündən sonra "Ermənistanın milli qəhrəmanı" elan edilmişdir.  Bu kimi düşüncə tərzi və terrorun təşviq olunması meyli  erməni diasporunda  da mövcuddur. Məsələn  EDF-nin varisi sayılan Amerika Erməni Milli Komitəsinin liderlərindən biri   Murad Topalyan 2001-ci ildə qanuna zidd bir şəkildə partlayıcı və silah saxladığı üçün həbs olunmuşdu.  EDF-nin ən üst səviyyə lideri olan Viken Hovsepian isə 1986-cı ildə bombalı sui-qəsdə təşəbbüs etdiyi üçün həbsə məhkum edilmişdir. Atlantik Okeanının digər tərəfində isə Fransanın Erməni Dərnəkləri Koordinasiya Şurasının  həmsədrlərindən olan  Ara Toranyan uzun müddət ASALA terror təşkilatının  siyasi qanadının liderli olmuşdur. Xatırladım ki, bu siyasi qanadın əsas fəaliyyətinin    terroristlərin yetişdirilməsi kimi  vəzifələrdən ibarət olduğu ən azı dörd məhkəmə prosesində sübut edilmişdir…

 

Bəziləri Türkiyə və Ermənistan hökumətləri arasında ədavətə  baxmayaraq uzlaşmanın mümkün ola biləcəyini iddia edirlər. Yaxşı, bu iddia nə qədər həqiqətə uyğundur?  Gəlin aktual bir nümunəyə nəzər salaq: Noyabr ayının sonlarında Ankarada “Hrant Dink Vəqfi”nin keçirdiyi  konfransdakı iclaslardan birinə G.J. Libaridyan rəhbərlik edirdi. Köhnə bir  Erməni İnqilabçı Federasiyası fəalı olan cənab Libaridyan bir EDF terroristinin  lehinə şahidlik etmək üçün 1982-ci ildə xüsusi olaraq Amerikadan Fransaya getmişdir.  Mən ona mövcud erməni hökumətinin ideologiyasının mahiyyəti və bəhs etdiyim  şahidlik prosesi ilə əlaqədar bir neçə sual verdim. Elə düşünürdüm ki, Libaridiyan hansısa bir məhkəmə salonunda bir terrorçunun lehinə şahidlik etdiyi qlobal təhlükə hesab olunan terrorizmə qanuni don geydirməyə təşəbbüs göstərdiyi üçün  peşman olduğunu etiraf edəcək. Amma o bunu etmədi və hətta Nejdehin şovinist dünyagörüşü haqqında, eyni zamanda  Orly terror aktı ilə bağlı səsləndirdiyim tənqidlərə cavab vermək yerinə   özünü eşitməməzliyə vurdu.  Buna paralel olaraq, konfransdakı digər erməni iştirakçıların heç biri Qərbi Azərbaycana edilən hücum və orada aparılan etnik təmizləmələr haqqında verdiyim suallara cavab vermədilər…  Guya ki, bunlar mülayim, erməni millətçiliyindən arınmış, tarixə obyektiv baxan insanlar idilər. Əgər ermənilərin “mülayimləri” bu cür düşüncə tərzinə malikdilərsə, o zaman onları “ifratçı” ermənilərdən nə ilə fərqləndirmək olar?  Düşünürəm ki, Libaridyan və yoldaşlarını mütəmadi olaraq Türkiyədə  müxtəlif səbəblərdən dolayı "mülayim həmsöhbətlər" kimi qəbul edib, dialoqa girən insanlar tapılacaq. Ancaq praktiki olaraq dövlətlər arasında  bu cür  "dialoq"   müvəffəqiyyətsizliyə məhkumdur. Türkiyədə 1915-1916-cı illərdə ermənilərə qarşı işlənən bəzi cinayətlər haqqında  kədərlə danışmayan  tək bir insan belə tapmaq çətindir.  Lakin mövcud mənzərəyə nəzər salsaq görərik ki, Erməni təcavüzkarlığının qurbanları olan  müsəlman, yəhudi və digər zərər çəkən millətlər haqqında kədər və təəssüf hissi ilə söz açmağa hazır  bir "mülayim" erməni tapmaq çox çətindir.

 

Əgər vəziyyət belə davam edərsə , Türkiyə və Ermənistan arasında dialoq  təşəbbüsləri ən yaxşı ehtimalla belə zaman itkisi olmaqdan kənara çıxmayacaq.

 

Maxime Gauin – Fransız araşdırmaçı və tarixçi, Türkiyə tarixi üzrə mütəxəssis. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR