Azərbaycan Beynəlxalq Bankı əməliyyat sistemini modernləşdirir

Azərbaycan Beynəlxalq Bankı əməliyyat sistemini modernləşdirir
10:38 7 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankı "Oracle FlexCube" platformasının 12-ci versiyasının tətbiqinə başlayıb. Məqsəd bankda istifadə olunan avtomatlaşdırılmış əməliyyat sisteminin modernləşdirilməsidir. "Oracle FlexCube" bank platformasının bu sonuncu versiyası dünyanın qabaqcıl maliyyə institutlarında tətbiq edilir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu addım Azərbaycan Beynəlxalq Bankında biznes proseslərinin təkmilləşdirilərək bankın strateji inkişaf xəttinə uyğunlaşdırılmasına imkan yaradacaq. İşin operativliyinin, səmərəliliyinin və keyfiyyətinin artırılmasına, əməliyyatların sürətləndirilməsinə, müştərilərə daha yüksək xidmətin təmin olunmasına kömək göstərəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR