Sami Yusuf “Əhli-Beyt”ə mahnı həsr etdi (VİDEO)

Sami Yusuf “Əhli-Beyt”ə mahnı həsr etdi (VİDEO)
10:41 7 Yanvar 2016
243 Şou
Ölkə mətbuatı
A- A+

Əslən azərbaycanlı olan dünya şöhrətli müsəlman ifaçı Sami Yusuf “Əhli-Beyt”ə mahnı həsr edib.

ANS PRESS-in məlumatına görə, Sami Yusufun "Bərəkət" adlı albomu fevralda işıq üzü görəcək. Lakin ifaçının albomundan “İnna fil-cənnə” mahnısı artıq yayımlanıb.

Məlumata görə, bu şeir İmam Hüseynin (ə) beşiyini yelləyərkən Həzrəti Cəbrayilin (ə) oxuduğu şeirdən bir parçadır. Sami Yusuf bu şeiri heç bir musiqi aləti olmadan vokal oxuyub.


Sami Yusuf - "Inna Fil Cənnəti"



Sami Yusuf ötən il Bakıda konsert verib. Konsert zamanı ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə qoyub. Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının sülh elçisidir.


Sami Yusuf - "Sarı Gəlin"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR