Arda Turan: "Messinin qulağıma zarafatla dediyi sözü açıqlamayacağam"

Arda Turan: "Messinin qulağıma zarafatla dediyi sözü açıqlamayacağam"
10:42 7 Yanvar 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının futbolçusu Arda Turan İspaniyanın "Barselona" klubunun heyətindəki ilk matçını şərh edib. "Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi NTV Spor-a açıqlamasında "Espanyol"la Kral Kubokunun ilk 1/8 final görüşünə təsadüf edən debüt oyunundan qalib ayrılmalarını önəmli hadisə adlandırıb. 
"Bu, çox fərqli qarşılaşma idi. Belə oyunlarda yenidən bir şey ortaya qoymaq istəyirsən. Komandamızda dünyanın ən yaxşıları çıxış edir. Hesabda geri düşmüşdük. Qalib gəlməsəydik, çox məyus olardım" deyə Arda bildirib. O, oyun zamanı Lionel Messi ilə dialoqu barədə də danışıb: "Messi ilə aramızda zarafat vardı. Qulağıma onu söylədi. Nə dediyi qoy, məndə qalsın". 
Qeyd edək ki, "Espanyol"la matç "Barselona"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana daxil olan Arda Turan 68-ci dəqiqədə yerini İvan Rakitiçə buraxıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/arda-turan-messi-zarafat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR