Şəmkir rayon Ələsgərli kənd sakini, 29 yaşlı Eldəniz Vəliyev yaralı halda Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Eldəniz Vəliyev odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Əməliyyatdan sonrakı vəziyyəti orta-ağırdır. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Milli.Az