“GreenCar” Bakıda daha bir enerjidoldurma məntəqəsini quraşdırıb

“GreenCar” Bakıda daha bir enerjidoldurma məntəqəsini quraşdırıb
10:53 7 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“GreenCar” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakıda daha bir enerjidoldurma məntəqəsi quraşdırılıb.
“GreenCar”dan AZƏRTAC-a bildirilib ki, yeni enerjidoldurma məntəqəsi “Park Bulvar” alış-veriş mərkəzinin üst parkinq hissəsində quraşdırılıb.
Qeyd edək ki, “GreenCar” MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi, eləcə də ekologiyanın qorunması ilə bağlı layihələr həyata keçirir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/GreenCar_Bakida_daha_bir_enerjidoldurma_menteqesini_qurasdirib-916592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR