Əməkdar artist Röya Ayxan arıqlamağının sirrini açıb.
Lent.az-ın məlumatına görə, ifaçı pəhriz saxladığını deyib: “Çox maraqlıdır necə arıqladım? Əvvala onu deyim ki, heç bir dərman qəbul etmədim. Məni ayaqda saxlayan qarabaşaq, qatıq, pendir, kələm, kahı, xiyar oldu. Çox halsız olanda limonla şirinçay içirdim. İnanmayacaqsınız, hətta düşbərəni belə bişirib, ancaq suyunu içirdim. 6 ay belə davam etdim. Sonra istəsəm də yeyə bilmədim. Çünki mədəm balacalaşdı və oldum sizin Röya”.
Qeyd edək ki, Röya Ayxan açıqlamasında bildirib ki, ana olan zaman 100 kilo imiş, indi 48 kilodur.