Azərbaycan millisinin üzvü "Qalatasaray"da

"Qalatasaray"ın basketbol komandası daha öncə "Ted Kolejliler", "Aliağa Petkim" və "Banvit"də çıxış edən Çak Deyvisi heyətinə qatıb.

Metbuat.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar"a qoyulan transfer qadağasının müddəti bitdikdən sonra Deyvisin adı klubun "Eurocup" üçün nəzərdə tutulan iştirak ərizəsinə daxil ediləcək.

Forvardın sazişinin 6 aylıq olduğu bildirilir. Ancaq müqavilə müddəti mövsüm sonunda daha bir il müddətinə uzadıla bilər. Xatırladaq ki, Çak Deyvis basketbol üzrə Azərbaycan millisinin üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR