ABŞ-da Məhəmmədlərin sayı 100 dəfə artıb

ABŞ-da Məhəmmədlərin sayı 100 dəfə artıb
11:28 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Doğulandan sonra Məhəmməd adı verilən uşaqların sayı son 50 ildə ABŞ-da 100 dəfə artıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1964-cü ildə Birləşmiş Ştatlarda anadan olmuş uşaqlardan yalnız 24-nə Allahın Rəsulunun (s.ə.s) adı verilmişdi. 10 il sonra belə uşaqların sayı 142, daha 10 il sonra isə 571 olub.

Ekspertlərin dediklərinə görə, 2001-ci ildə 2222 uşağa Məhəmməd adı verilmişdisə, 2004-cü ildə belə uşaqların sayı 1816 nəfər olub. Səbəb 2001-ci ildə "Əl Qaida"nın ABŞ-da törətdiyi məşum terror aktları idi. Həmin teraktlarda 2977 dinc insan həlak olmuşdu.

Lakin sonradan ABŞ-da antimüsəlman isteriyası bir qədər səngiyəndə uşaqlara Məhəmməd adı verilməsi prosesi sürətlənib. Ötən il Birləşmiş Ştatlarda 2931 uşağa Məhəmməd adı qoyulub. 

Bu adın "Mahmud", "Mehmet", "Mohammed", "Mohammad" və s. kimi 13 müxtəlif variasiyası var.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR