34 mindən çox əlilə protez-ortopedik məmulat verilib

34 mindən çox əlilə protez-ortopedik məmulat verilib
11:24 7 Yanvar 2016
15 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il əlilliyi olan şəxs 34075 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 1273 ədədini əlil arabaları, 1194 ədədini aşağı ətraf protezi, 189 ədədini yuxarı ətraf protezi, 1143 ədədini aşağı ətraf protezi, 90 ədədini yuxarı ətraf protezi təşkil edib. Əlilliyi olan şəxslər həmçinin 1710 ədəd dirsəkaltı və 2049 ədəd qoltuqaltı ağacla, 3738 ədəd əsa və müxtəlif növlərdə 11187 reabilitasiya vasitəsi, 3923 cüt ortopedik ayaqqabı və 3831 cüt protez ayaqqabı, 539 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. 804 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib.

Bildirək ki, hesabat dövründə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatların sayı 2014-cü illə müqayisədə 49 faiz, o cümlədən əlil arabalarının sayı 2,2 dəfə çox olub.

Qeyd edək ki, bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq Əmrə əsasən Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada tərəfindən ötən il 63 rayon və şəhər üzrə 1784 nəfər müvafiq şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR