İsveçdə partlayış: 10 yaralı

İsveçdə partlayış: 10 yaralı
11:29 7 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

 

İsveçin paytaxtı Stokholmda partlayış baş verib. APA-nın DHA-ya istinadən xəbərinə görə, paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən 10 nəfər xəsarət alıb. Digər sakinlər dərhal təxliyə edilib.

 

Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR