Ukrayna yığması Azərbaycana gələcək

Ukrayna yığması Azərbaycana gələcək
11:32 7 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yoxlama görüşü üçün daha bir rəqibinin adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimiz bu ölkənin U-17 komandası ilə qarşılaşacaq.

Yanvarın 18-24-də Minskdə "Development Cup" turnirində iştirak edəcək ukraynalılar mart ayında ölkəmizə gələcəklər. Çünki həmin ayın əvvəllərində Aleksandr Petrakovun yetirmələri yığmamızla iki yoxlama görüşündə üz-üzə gələcəklər.
 
Bu matçlarla hazırlığını tamamlayacaq Ukrayna millisi martın sonlarında AVRO-2016-nın elit-raundunda Finlandiya, Türkiyə və İngiltərə ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycanda təşkil ediləcək U-17-lər arasında Avropa çempionatının final mərhələsinin oyunları bu il mayın 5-21-i aralığında keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR