Son iki ildə muxtar respublikada 6300-dən çox yeni iş yeri açılıb

Son iki ildə muxtar respublikada 6300-dən çox yeni iş yeri açılıb
11:43 7 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 7 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikada 6364 yeni iş yeri açılıb.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son iki il ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 5537 işaxtaran işlə təmin edilib. Əmək yarmarkaları bu baxımdan mühüm rol oynayıb. Ümumiyyətlə, 2014-2015-ci illərdə keçirilən əmək yarmarkaları vasitəsilə 1627 nəfər, o cümlədən təhsil yarmarkalarında 220, səhiyyə yarmarkalarında isə 24 nəfər öz peşə və ixtisaslarına uyğun işlə təmin edilib.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığı da diqqət mərkəzində saxlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 16 peşə sahəsi üzrə kurslar təşkil olunub, bu kurslarda 796 nəfər iştirak edib. Həmçinin Təhsil Nazirliyinin tabeliyindəki peşə məktəblərində təşkil olunan peşə kurslarına isə 6 min 799 müdavim cəlb olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_iki_ilde_muxtar_respublikada_6300_den_chox_yeni_is_yeri_achilib-916604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR