Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib
11:48 7 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-də səhər saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, 16 paqonmetr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.
Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri xətli dəmir tirlərə çırpılıb.
İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib. “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeza_neticesinde_yol_teserrufatina_ziyan_deyib-916606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR