Azərbaycan iş adamları İndoneziyada innovasiya sərgisinə dəvət olunurlar

Azərbaycan iş adamları İndoneziyada innovasiya sərgisinə dəvət olunurlar
12:03 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Bu il mayın 15-də İndoneziyanın paytaxtı Cakarta şəhərində innovasiya sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgi İslam İnkişaf Bankının Müdirlər Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq. Mayın 19-dək davam edəcək sərgi səhiyyə, təhsil, gənclərin potensialının artırılması və onları işlə təmin edilməsi sahələrinə aid innovasiya layihələrinə həsr olunacaq.
İnnovasiya sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlar yanvarın 14-dək AZPROMO-ya müraciət edə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR