Hamilə qadını avtobusdan yerə atdılar (VİDEO)

Hamilə qadını avtobusdan yerə atdılar (VİDEO)
12:06 7 Yanvar 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada hamilə qadın avtobusdan düşürülüb. Buna səbəb isə onun övladlarının nəqliyyat vasitəsində səs-küy salması olub.

ANS PRESS-in məlumatına görə, ictimai nəqliyyata uşaqları ilə minən hamilə qadın və digər sərnişin arasında mübahisə düşüb. Mübahisə böyüyəndə uşaqlar qorxaraq ağlamağa başlayıblar. Bu vəziyyət isə başqa sərnişinləri narahat edib.

Ana övladlarının müdafiəsi üçün digər səırnişinlərlə mübahisə edib. Bundan sonra isə əsl biabırçılıq yaşanıb. Bir kişi daha səs-küyə dözə bilməyəcəyini deyib. O, avtobusu saxladıb və hamilə qadını uşaqlarını ilə birlikdə avtobusdan çıxarıb.

İlk olaraq qadın övladlarını düşürüb. Kişi sərnişin hamilə qadını qucağına götürərək yerə düşürüb. Qadın təkrar avtobusa minmək istəyəndə isə onu sinəsindən itələyərək yerə yıxıb.

Sərnişinin belə vicdansız hərəkəti başqa bir sərnişin tərəfindən anbaan kameraya alınıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR