Zaqatala rayonunda ət, süd və yumurta istehsalı artıb

Zaqatala rayonunda ət, süd və yumurta istehsalı artıb
12:08 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
“Kənd təsərrüfatı ili”ndə Zaqatala rayonunda heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, 2015-ci il ərzində rayonda diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 174 ton artaraq 8 min 894 ton olub. Həmin müddətdə 43 min 169 ton süd istehsal olunub ki, bu da 2014-cü illə müqayisədə 225 ton çoxdur. Yumurta istehsalı isə 249 min ədəd artaraq 21 milyon 237 min ədədə çatıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının dinamik artımında cins maldarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb.
2015-ci ildə rayonun şəxsi və fermer təsərrüfatlarında 5 min 496 baş inək və düyə süni yolla mayalandırılıb və 4 min 400 baş cins buzov alınıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatala_rayonunda_et_sud_ve_yumurta_istehsali_artib-916611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR