Azərbaycan neftinin ötən il üçün maksimal və minimal qiymətləri müəyyənləşib

Azərbaycan neftinin ötən il üçün maksimal və minimal qiymətləri müəyyənləşib
12:12 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam nefti dekabrın 21-də ən ucuz qiymətə təklif edilib. "Report"un əldə etdiyi məlumata görə, həmin tarixdə "Azeri LT CIF"in bir barelinin qiyməti 36,71 ABŞ dollarına bərabər olub. Bu isə 2014-cü ilin ən aşağı göstəricisi ilə müqayisədə 20,68 dollar yaxud 36,03% azdır.
Ötən il mayın 6-da London Fond Birjasında "Azeri LT CIF"in bir bareli ən yüksək qiymətə - 68,98 dollara təklif edilib ki, bu da 2014-cü ilin ən yüksək göstəricisi ilə müqayisədə 48,63 dollar və ya 41,35% azdır.
Qeyd edək ki, 2014-cü ildə "Azeri LT CIF" markalı xam neftin bir bareli ən ucuz dekabrın 31-də (57,39 dollar/barel), ən baha isə iyunun 19-da (117,61 dollar/barel) satılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-neftinin-oten-il-ucun-maksimal-ve-minimal-qiymetleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR