Azərbaycanın qonşusu yarım milyon dollara avtobus aldı (FOTO)

Azərbaycanın qonşusu yarım milyon dollara avtobus aldı (FOTO)
12:31 7 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şimal qonşusu Rusiya terrorla mübarizə üçün yeni avtonbuslar alır. Rusiyanın paytaxtı Moskva 500 min dollara (təqribən 781 300 manat) sifari ş edilən antiterror avtobusları çalışacaq.

ANS PRESS-in məlumatına görə, Moskva küçələrində 2016-cı ildən cinayətkarları və terrorçuları izləmək üçün yeni operativ səyyar qərargah yola çıxacaq. Bu Moskvaya gətirilən yeni avtobuslar olacaq.

"MAN Lion's Coach R08" avtobusun bazasında mobil kompleks yaradılacaq. Bu da cinayətkarların danışıqlarını dinləməyə onları müşahidə etməyə imkan verəcək. Moskva şəhərinin korrupsiyaya qarşı regional təhlükəsizlik departamenti belə bir avtobusu hələ 2011-ci ildə sifariş edib.


"MAN Lion's Coach R08" avtobusu

Departament rəhbəri Aleksey Mayorovun sözlərinə əsasən, avtobus proqramlaşdırılmış aparat kompleksi, server, konfrans-sistem və digər zəruri işlər üçün lazım olan avadanlıqlarla təchiz olunub.


Aleksey Mayorov - Moskva regional təhlükəsizlik departamentinin rəhbəri

Bundan başqa, antiterror avtobusdan bu il keçiriləcək "Formula E" idman yarışları zamanı da istifadə etmək planlaşdırılır.

Eyni zamanda, gələcəkdə bu avtobusdan kütləvi idman tədbirlərində: hokkey üzrə dünya çempionatında, müasir beşnövçülük yarışlarında, eyni zamanda, 2018-ci ildə keçiriləcək futbol çempionatında da istifadəsi nəzərdə tutulur.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR