Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq
12:32 7 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında yanvarın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah axşam yarımadanın bəz yerlərində çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4 isti, gündüz 7-12 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında sulu qar, qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-azerbaycanin-bezi-rayonlarinda-qar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR