Ermənilər Rusiya-Türkiyə gərginliyinə sevinir

Ermənilər Rusiya-Türkiyə gərginliyinə sevinir
12:44 7 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“Rusiya və Türkiyə arasında isti münasibətlər Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan faktoru daxil olmaqla, Ermənistanın maraqlarına təhdid ola bilər”.

APA-nın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan “Azadlıq” radiosuna müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Moskva-Ankara münasibətlərinin hazırkı gərgin fonunda bu təhlükə bir qədər neytrallaşdırılıb: "Bundan başqa Azərbaycanla Ankara arasında qardaşlıq münasibətləri, habelə Su-24 təyyarəsinin vurulmasından sonra Bakının tutduğu mövqe nəzərə alınmaqla, Moskva ilə Bakı arasında silah satışına dair müqavilələri lobbiçilik edən Rusiyadakı dairələr öz mövqelərinə yenindən baxmalıdır”.

 

Ş. Köçəryanın fikrincə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin əks-effekti də ola bilər və regionda hərbi-siyasi vəziyyətin dəyişməsinə gətirib çıxara bilər: “Təəssüf ki, Ermənistan da bu təhlükələrdən kənarda qala bilməz”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR