Azərbaycan əsgəri Əfqanıstana yola düşdü - FOTO

Azərbaycan əsgəri Əfqanıstana yola düşdü - FOTO
12:57 7 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Milli.Az bildirir ki, bu barədə Report-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR