"Kiralık aşk"ın qəhrəmanı serialdan bezdi: "Tükəndim..."

"Kiralık aşk"ın qəhrəmanı serialdan bezdi: "Tükəndim..."
13:01 7 Yanvar 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Son dövrlərin ən məşhur aktrisası olan Elçin Sanqu ilə bağlı gözlənilməz iddia səsləndirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kiralık aşk"ın ulduzunun "tükənmişlik sindromu"na tutulduğu deyilir. O, özünə vaxt ayıra bilməməsi, serial çəkilişlərinin uzun vaxt almasını deyərək şikayət edib:

"Tükəndim, bezdim, nəfəs almağa vaxtım yoxdur. Üzümdə, gözümdə yaralar çıxıb".

Elçin Sanqunun prodüser və rejissorla da problemlərinin olduğu deyilir.

Qeyd edək ki, Məryəm Üzərli də "Möhtəşəm yüz il"də çəkilərkən eyni problemlərə görə serialdan ayrılmışdı.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR