Cem Yılmaz yeni sevgilisi ilə - FOTO

Cem Yılmaz yeni sevgilisi ilə - FOTO
13:05 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aktyor və komediya ustası Cem Yılmaz gizli şəkildə keçirilən bir ad günündə iştirak edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun maşından aparıcı Dilara Gönderlə birlikdə düşməsi paparassilərin diqqətindən yayınmayıb. Cem Yılmaz mövcud vəziyyətdən narahat olaraq: "Siz əvvəldən alırsız xəbərləri?" - deyib. Partidə də onların bir-biri ilə çox səmimi olması diqqəti cəlb edib. Ad günündə Şener Şen, Ozan Güven, Zafer Algöz, Ezgi Mola, Ceylan Çapa, Şebnem Bozoklar və Sinan Öncel kimi məşhurlar olub. 

Qeyd edək ki, Cem Yılmaz və Dilara Göndər partidən çıxarkən də evə eyni maşında qayıdıblar.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR