İran Azərbaycana müraciət etdi

İran Azərbaycana müraciət etdi
13:05 7 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

İran Təbriz-Bakı-Təbriz və Məşəd-Bakı-Məşəd aviareyslərinin İran aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycana müraciət edib.

Milli.Az bildirir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski APA-nın sorğusuna cavab olaraq qeyd edilib.
 
"Nəzərinizə çatdırmaq istəyirik ki, İran tərəfi Təbriz-Bakı-Təbriz və Məşəd-Bakı-Məşəd aviareyslərinin İran aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycana müraciət edib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası sözügedən məsələ ilə bağlı razılıq verib. Qeyd etmək istəyirik ki, Dövlət Mülki Aviasiya Administrasiyasına İran tərəfdən reyslərin başlanması ilə bağlı hər hansı yeni bir məlumat daxil olmayıb. Onu da bildirmək istəyirik ki, hal-hazırda bu məsələ "Azərbaycan Hava Yolları" sərnişin şirkətinin gündəliyində deyil", - deyə məlumatda bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR