Azərbaycan-Kolumbiya əməkdaşlığının inkişafı üçün böyük potensial var

13:33 7 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan-Kolumbiya əlaqələrinin, xüsusilə ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var.
AZƏRTAC xəbər verir ki, bu fikri Kolumbiyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan müvəqqəti işlər vəkili Assad Joze Jater Pena jurnalistlərlə görüşündə deyib.
Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin artıq 20 ildir mövcud olduğunu bildirən diplomat 2015-ci ildə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. O, gələcəkdə elmi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdırılacağına inandığını söyləyib.
Assad Joze Jater Pena Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini bundan sonra xanım Marta Galindonun icra edəcəyini qeyd edib.
Diplomat müvəqqəti işlər vəkili kimi çalışdığı dövrdə ölkəmizdə ona göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Kolumbiya_emekdasliginin_inkisafi_uchun_boyuk_potensial_var-916650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR