Zöhrə Abdullayeva: "Ona kişi demək olar?"

Zöhrə Abdullayeva: "Ona kişi demək olar?"
13:34 7 Yanvar 2016
50 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Zöhrə Abdullayeva sosial şəbəkədə xoşagəlməz halla üzləşib. Lent.az-ın məlumatına görə, “Duz və istiot” verilişinə danışan ifaçı bildirib ki, naməlum şəxslər onun adından bir çox insanlara ismarışlar yazırlar: “Bir də gördüm ki, mənim adımdan başqalarına gül göndərirlər. Bunu bilən zaman az qala məni infarkt vursun. Həmin adama yazdım ki, səni Allaha tapşırıram. Dedim ki, sizi polisə verəcəm. Hədə-qorxu gələndən sonra əsas səhifədən mənim şəkilimi götürüb, yerinə gül qoydu. Daha sonra isə profili sildilər. Belə zülm olar?  Elələri var ki, kişidir, amma sosial şəbəkədə qadın adında qeydiyyatdadır. Ona kişi demək olar? Ümumiyyətlə, virtual aləmi bəyənmirəm. Virtual ünsiyyətə görə bir çox ailələr dağılıb. Mən artıq sosial şəbəkəyə girmirəm. Çünki orada vaxt keçirməyin nəticəsini görürəm”.
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR