Nardaranda növbəti əməliyyat: silah-sursat tapıldı

Nardaranda növbəti əməliyyat: silah-sursat tapıldı
13:37 7 Yanvar 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib. Trend-in məlumatına görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı qəsəbə ərazisində gizlədilmiş silah-sursat aşkar edilib.

Məlumatı Nardaran qəsəbəsindəki 42-ci polis bölməsinə qəsəbə sakini Asif Mehdiyev verib. Məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi və 42-ci polis bölməsi əməkdaşları qəsəbənin Tusi küçəsindəki əraziyə baxış zamanı 15 ədəd 9 mm PM markalı tapança patronu və AKM markalı, lüləsi kəsilmiş avtomat aşkar ediblər.

Faktı Sabunçu Rayon Polis İdarəsi təsdiqləyərək qeyd edib ki, əməliyyat yanvarın 6-da keçirilib və hələlik faktla bağlı saxlanılan yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/395965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR