“Microsoft” şirkəti “Internet Explorer” brauzerinin köhnə versiyalarına dəstəyi dayandırır

“Microsoft” şirkəti “Internet Explorer” brauzerinin köhnə versiyalarına dəstəyi dayandırır
13:38 7 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“Microsoft” şirkəti yanvarın 12-də “Internet Explorer” (IE) brauzerinin 8, 9 və 10-cu versiyalarına dəstəyi dayandıracaq.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, şirkət son yeniləmə paketini təqdim edəcək və bundan sonra brauzerin
versiyalarının yeniləmə prosesi dayandırılacaq.
Şirkətin “IE” brauzerinin versiyalarına dəstəyin dayandırılması barədə məlumat 2014-cü ilin avqustunda elan edilib. Ötən ilin martında isə “Microsoft”un nümayəndəsi bildirib ki, bir müddət korporativ sektorda “IE” brauzeri dəstəklənəcək, ancaq daha yeni versiyalara keçid tövsiyə olunur. Dünyada yüz milyonlarla insan hələ də “Internet Explorer” brauzerinin köhnə versiyalarından istifadə edir və həmin kompyuterlər risk zonasındadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Microsoft_sirketi_Internet_Explorer_brauzerinin_kohne_versiyalarina_desteyi_dayandirir-916653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR