Polis özünü qurban verib insanları qurtardı - VİDEO - FOTO

Polis özünü qurban verib insanları qurtardı - VİDEO - FOTO
13:52 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Rusiyada gənc polis əməkdaşı ölkə qəhrəmanına çevrilib. O, soyuqdan donmaq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün əynindəki paltarları çıxararaq bu adamlara verib.

Qəhrəman polisin əllərini don vurub. Həkimlərin dediklərinə görə, onun sol əlinin barmaqları kəsilə bilər.

Milli.Az KP-yə istinadən bildirir ki, Rusiya DİN-in gənc əməkdaşı Danil Maksudov Orenburq-Orsk yolunda qalmış insanlara yardım edib. Post-Patrul Xidmətində çalışan Danil əynindəki gödəkçəni uşağa, əlcəklərini isə qıza verib.

Yanvarın 2-də Mednoqorsk şəhər polis şöbəsinə Orenburq-Orsk yolunun 207-ci kilometrində onlarla avtomobilin buz basmış yolda, qar altında, çovğunda qalması barədə xəbər daxil olub. Hadisə yerinə PPX heyəti göndərilib, xilasetmə işləri başlanılıb.
Yol polisləri dərhal 15 maşından ibarət karvan formalaşdıraraq olay yerinə yollayıblar. Daha sonra Mednoqorska daha 2 karvan göndərilib.
Təxminən 50 avtomobil qarın əsirliyindən çıxarılıb.
Danil Maksudov da qar içində qalmış insanlara yardıma göndərilən yol polisləri arasında idi. Polislər olay yerinə "VAXTA" yük avtomobili ilə yollanıblar.
D.Maksudov 9 nəfərin xilas olunmasında bilavasitə iştirak edib. O, qar içində qalmış maşınlardakı insanları çıxararaq "VAXTA"ya tərəf aparıb. Bu zaman Danil soyuqdan titrəyən gənc qızla uşağı görüb.
Danil əynindəki gödəkçəni qıza, əlcəklərini sə uşağa verəndən sonra yenidən buzlu yola qayıdıb və tüğyan edən çovğunda əlacsız qalmış insanlara yardım edib.
 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR