Neftin qiyməti düşdü

Neftin qiyməti düşdü
13:52 7 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4% azalaraq 33 dollardan aşağı düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda Brent markalı neftin bir bareli 32,81 dollara satılır. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar azalaraq 32,55 dollar təşkil edib.
 
Neftin ucuzlaşmasına Çin bazarında vəziyyət və ABŞ-ın neft ehtiyatlarının artması səbəb olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR